logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 861 min nəfəri ötüb

19:44 21-08-2022 | icon 3031
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 861 min nəfəri ötüb

Avqustun 21-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyası əleyhinə 1319 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 192, ikinci doza vaksinlərin sayı 174, üç və daha çox doza vaksinlərin sayı 809, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 144-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 848 min 567, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 371 min 683, ikinci mərhələ üzrə 4 milyon 861 min 143, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 357 min 691, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 258 min 50-dir.