logo

Azərbaycanda daha 585 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü

18:38 21-08-2022 | icon 2940
Azərbaycanda daha 585 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü

Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 585 yoluxma faktı qeydə alınıb, 489 nəfər müalicə olunaraq sağalıb, 1 nəfər vəfat edib.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 808 min 569 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 795 min 110 nəfər müalicə olunaraq sağalıb, 9785 nəfər vəfat edib. Aktiv xəstə sayı 3674 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3700, bu günə qədər isə ümumilikdə 7 milyon 120 min 436 test icra olunub.