logo

Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə 373 uşaq həlak olub

12:31 21-08-2022 | icon 5138
Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə 373 uşaq həlak olub

Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində 373 uşaq həlak olub. Eyni zamanda 721 uşaq müxtəlif dərəcəli xəsarətlər alıb.

YeniAvropa xəbər verir ki, bu barədə  Ukrayna Baş Prokurorluğuməlumat yayıb.

Bildirilib ki, araşdırılmalar zamanı Mariupolda 1 yaşdan 17 yaşa qədər daha 10 uşağın öldüyü məlum olub.

Bundan başqa, bir gün əvvəl Nikolayev rayonunun Voznesenski bölgəsinin atəşə tutulması nəticəsində 3-8 yaşlarında olan daha 3 uşaq ağır yaralanıb.

Müharibə zamanı ən çox Donetsk vilayəti (387 uşaq), Xarkov (202 uşaq), Kiyev (116 azyaşlı), Çerniqov (68 uşaq), Nikolayev (64 uşaq), Luqansk (61 azyaşlı), Xerson (55 uşaq) və Zaporojyedə (41 uşaq) zərər çəkib.