logo

Sabah Bakıda 38° isti olacaq

13:13 20-08-2022 | icon 1533
Sabah Bakıda 38° isti olacaq

Azərbaycanda avqustun 21-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26°, gündüz 35-38° isti, Bakıda gecə 23-25°, gündüz 36-38° isti olacaq.

Atmosfer təzyiqi 760 millimetr civə sütunu, nisbi rütubət gecə 55-60, gündüz 30-35 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim cənub-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 27-28°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 28-29° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 35-40° isti, dağlarda gecə 15-20°, gündüz 24-29° isti olacağı gözlənilir.