logo

6 ayda Neft Fondu 10,3 milyard manat gəlir əldə edib

13:53 19-07-2022 | icon 2548
6 ayda Neft Fondu 10,3 milyard manat gəlir əldə edib

Cari ilin ilk yarısında Azərbaycan Respublikası Dövlət Neft Fondunun(ARDNF) neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 10 milyard 369,2 milyon manat olub.

ARDNF-dan YeniAvropa-ya bildirilib ki, mənfəət neftinin və qazın satışından 9 milyard 588,6 milyon manat təşkil edib. Bonus ödənişləri 768,7 milyon manat, tranzit gəlirləri 7,2 milyon manat, akrhesabı ödənişlər isə 4,7 milyon manat təşkil edib.