logo

Havada toz dumanı həftəsonunadək davam edəcək

11:03 19-07-2022 | icon 1631
Havada toz dumanı həftəsonunadək davam edəcək

Bakıda və Abşeron yarımadasında son günlər şimal-qərb küləyinin arabir güclənməsi nəticəsində torpağın üst quru səthində formalaşan toz kütlələrinin ətrafa yayılması müşahidə edilir.

YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. Onun sözlərinə görə, havada müşahidə olunan toz dumanı lokal xarakterlidir.

G.Məmmədova qeyd edib ki,  iyulun 19-u səhər saatlarında avtomatik stansiyalardan əldə olunmuş məlumatlara əsasən havada dispers toz hissəcikləri Bakı şəhərinin Xətai rayonunda normadan 1.4, Nizami rayonunda 1.5, Səbail rayonunda isə 1.2 dəfə yüksəkdir: “Güclü şimal-qərb küləyindən və meteoroloji şəraitdən asılı olaraq tozlu havanın həftənin sonuna kimi davam edəcəyi proqnozlaşdırılır”.