logo

Bakının bir hissəsi susuz qalıb-Nasos stansiyasında qəza olub 

18:18 18-07-2022 | icon 1526
Bakının bir hissəsi susuz qalıb-Nasos stansiyasında qəza olub 

H.Z.Tağıyev qəsəbəsindəki mərkəzi nasos stansiyasından Bakı şəhərini qidalandıran magistral su kəmərlərinin birində baş vermiş qəza ilə əlaqədar Bakıxanov, Əmircan, Bülbülə, Yeni və Köhnə Günəşli qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən YeniAvropa-ya bildirilib ki, əraziyə qəza-bərpa briqadaları cəlb olunub və xüsusi texnikanın köməkliyi ilə təmir işləri aparılır.