logo

COVID-19-a qarşı “buster” dozada peyvənd olunanların sayı 3 milyon 322 min nəfəri ötür

17:07 18-07-2022 | icon 2961
COVID-19-a qarşı “buster” dozada peyvənd olunanların sayı 3 milyon 322 min nəfəri ötür

İyulun 18-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 791 min 605, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 361 min 595, ikinci mərhələ üzrə 4 milyon 856 min 181, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 322 min 358, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 251 min 471-dir.