logo

Azərbaycanda daha 68 nəfər koronavirusa yoluxdu

16:44 18-07-2022 | icon 3192
Azərbaycanda daha 68 nəfər koronavirusa yoluxdu

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 68 yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 794 min 656 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 784 min 32 nəfər müalicə olunaraq sağalıb, 9 min 723 nəfər vəfat edib. Aktiv xəstə sayı 901 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 840, bu günə qədər isə ümumilikdə 7 milyon 4 min 415 test icra olunub.