logo

Azərbaycan Avropa İttifaqı ilə Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzaladı

16:36 18-07-2022 | icon 1274
Azərbaycan Avropa İttifaqı ilə Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzaladı

İyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

 YeniAvropa xəbər verir ki, sənədi Azərbaycan prezidenti İlham Əliyev və Avropa Komissiyasının prezidenti xanım Ursula Fon der Lyayen imzalayıblar.