logo

Prezident Dövlət Gömrük Komitəsinə sədrliyi ona həvalə etdi

14:44 18-07-2022 | icon 1820
Prezident Dövlət Gömrük Komitəsinə sədrliyi ona həvalə etdi

Prezident İlham Əliyev iyulun 18-də Şahin Bağırovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Şahin Soltan oğlu Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilsin.

2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Şahin Soltan oğlu Bağırova həvalə edilsin".