logo

Avropa Komissiyasının prezidenti Azərbaycana səfərə gəlib

14:32 18-07-2022 | icon 1869
Avropa Komissiyasının prezidenti Azərbaycana səfərə gəlib

Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen iyulun 18-də Azərbaycana səfərə gəlib.

YeniAvropa xəbər verir ki, Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayeni hava limanında xarici işlər naziri Ceyhun Bayramov, Avropa İttifaqının(Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko, ölkəmizin Belçika Krallığındakı səfiri Vaqif Sadıqov və digər rəsmi şəxslər qarşılayıblar.