logo

Türkiyənin ailə və sosial xidmətlər naziri Azərbaycana gəlir

12:58 18-07-2022 | icon 1057
Türkiyənin ailə və sosial xidmətlər naziri Azərbaycana gəlir

Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri Derya Yanıkın rəhbərliyi ilə nümayəndə heyəti iyulun 19-da Azərbaycanda rəsmi səfərə gələcək.

YeniAvropa xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd edilib ki,  3 gün davam edəcək səfər çərçivəsində nümayəndə heyəti Fəxri xiyabanı, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edəcək.

Türkiyə nümayəndə heyətinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə görüşü də nəzərdə tutulub.

Görüşdə əməkdaşlıq istiqamətləri, birgə layihələr müzakirə ediləcək.