logo

Azərbaycan Almaniya ilə  Gəncədə birgə müəssisə yaradır

11:11 18-07-2022 | icon 3500
Azərbaycan Almaniya ilə  Gəncədə birgə müəssisə yaradır

"Azərbaycan Sənaye Korporasiyası" ASC ilə Almaniyanın “Achenbach Buschhütten” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, Azərbaycanda alüminium məhsullarının istehsalı üzrə birgə müəssisə təsis ediləcək.

 YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

Onun sözlərinə görə, Gəncədə illik istehsal gücü 105 min ton olan alüminium yayma məhsullarının istehsalı müəssisə qurulacaq.

"Layihənin birinci mərhələsi 132 milyon ABŞ dolları dəyərində ixrac imkanlarının genişləndirilməsinə töhfə verəcək", - deyə nazir qeyd edib.