logo

Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb

10:10 18-07-2022 | icon 1267
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən iki gündə  törədilmiş 90 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə, ümumilikdə 33 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən altı yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.