logo

Bakıda Ağac Emalı Zavodunun ərazisində yanğın olub

18:48 17-07-2022 | icon 1435
Bakıda Ağac Emalı Zavodunun ərazisində yanğın olub

Bakı şəhəri, Binəqədi rayonunda Ağac Emalı Zavodunun (hazırda fəaliyyət göstərmir) ərazisində 900 kvadratmetr sahədə məişət tullantıları və yarasız təkərlər, 3 ədəd ağac və yaxınlıqda ümumi sahəsi 8 kvadratmetr olan külafirənginin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən YeniAvropa-ya bildirilib ki,, yaxınlıqdakı evlər və digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.