logo

Azərbaycanda daha 190 nəfər koronavirusa yoluxub

16:15 17-07-2022 | icon 2863
Azərbaycanda daha 190 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 190 yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 794 min 588 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 998 nəfər müalicə olunaraq sağalıb, 9 min 723 nəfər vəfat edib. Aktiv xəstə sayı 867 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 893, bu günə qədər isə ümumilikdə 7 milyon 2 min 575 test icra olunub.