logo

Lənkəranda icra başçısının müavini və direktor şagirdi döyüb

15:55 17-07-2022 | icon 1477
Lənkəranda icra başçısının müavini və direktor şagirdi döyüb

Bəzi sosial şəbəkə və media səhifələrində Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi ilə bağlı məlumatlar yayılıb.

Baş Prokurorluqdan YeniAvropa-ya bildirilib ki,qeyd edilən faktla bağlı dərhal Lənkəran rayon prokurorluğunda araşdırma başlanıb, hadisənin şahidi olmuş şəxslərin izahatları alınıb, məhkəmə-tibb ekspertizası təyin edilib və digər prosessual hərəkətlər yerinə yetirilib.

Qanunvericiliklə nəzərdə tutulmuş qısa müddət ərzində zəruri qərarların qəbul olunması və ictimaiyyətin məlumatlandırılması təmin ediləcəkdir.