logo

Polis avtomobili Kür çayına aşdı: Polis serjantı həlak oldu

15:15 17-07-2022 | icon 1428
Polis avtomobili Kür çayına aşdı: Polis serjantı həlak oldu

İyulun 17-də səhər 06:30 radələrində içərisində Yevlax rayon Polis Şöbəsinin 4 əməkdaşı olan “Fiat” markalı xidməti avtomobil Kür çayına aşıb.

YeniAvropa xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd edilib ki, hadisə nəticəsində polis serjantı Kamran Məmmədov həlak olub. Meyitin çaydan tapılaraq çıxarılması istiqamətində tədbirlər davam etdirilir.

Avtomobildə olan digər polis əməkdaşlarının həyatı üçün təhlükə yoxdur.