logo

Yevlaxda avtomobil Kür çayına aşıb

10:10 17-07-2022 | icon 1330
Yevlaxda avtomobil Kür çayına aşıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yevlax şəhəri ərazisində içərisində 1 nəfərin olduğu "Fiat" markalı minik avtomobilinin Kür çayına düşməsi barədə məlumat daxil olub.

YeniAvropa xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Qeyd edilib ki, hadisə yerinə FHN-nin Aran Regional Mərkəzinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.