logo

Sumqayıtda 3 istirahət mərkəzinin rəhbəri cərimələnib

15:55 16-07-2022 | icon 1169
Sumqayıtda 3 istirahət mərkəzinin rəhbəri cərimələnib

Sumqayıt şəhərində dəniz sahilində yerləşən üç istirahət mərkəzində atmosferə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün tüstü bacasına təmizləyici qurğuların quraşdırılmaması faktı aşkar edilib.

YeniAvropa xəbər verir ki, qanun pozğunluğu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə Xəzər dənizinin sahil zolağında, çimərliklərdə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdiyi reyd zamanı aşkarlanıb.

İnzibati Xətalar Məcəlləsinin 237.1-ci (müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və ya istismar müddətində ekoloji tələblərin pozulması) maddəsinin tələbini pozduqlarına görə həmin istirahət mərkəzlərinin vəzifəli şəxsləri V.Rüstəmli, K.Camalov və R.Tapdıqov barəsində inzibati xəta haqqında protokollar tərtib olunub.