logo

Sabah Bakıda 37°, bəzi bölgələrdə isə 43° isti olacaq

13:53 16-07-2022 | icon 1239
Sabah Bakıda 37°, bəzi bölgələrdə isə 43° isti olacaq

Azərbaycanda iyulun 17-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26°, gündüz 33-38° isti, Bakıda gecə 23-25°, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 756 millimetr civə sütunu, nisbi rütubət 50-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 26-27°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 37-40°, bəzi yerlərdə 42-43° isti, dağlarda gecə 10-15° isti, gündüz 27-32° isti olacaq.

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-27°, gündüz 35-40°, bəzi yerlərdə 42° isti olacaq.

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarında hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək, sürəti saniyədə 5-10 metr olacaq, arabir 15-20 metrədək güclənəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 27-32° isti olacağı proqnozlaşdırılır.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 27-32° isti olacağı bildirilir.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarında hava yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 35-40°, bəzi yerlərdə 42° isti olacağı ehtimal edilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 35-40° isti, dağlarda gecə 15-20°, gündüz 23-28° isti olacağı ehtimalı var.

Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 37-40°, bəzi yerlərdə 42-43° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 35-39° isti, dağlarda gecə 19-21°, gündüz 26-31° isti olacaq.