logo

"AZAL"ın Bakı-Bodrum aviareysi texniki səbəbdən gecikir

12:12 16-07-2022 | icon 2366
"AZAL"ın Bakı-Bodrum aviareysi texniki səbəbdən gecikir

“Azərbaycan Hava Yolları”(AZAL) aviaşirkətinin “J2-023” nömrəli Bakı-Bodrum reysinin uçuş saatı texniki səbəblərə görə gecikir.

"AZAL"dan YeniAvropa-ya bildirilib ki, sözügedən reysin sərnişinləri Bodruma digər təyyarə ilə yola düşəcəklər.

Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq içkilər və qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcək.