logo

Bu il Azərbaycan vətəndaşları Moskvada 193 mənzil alıblar

14:24 15-07-2022 | icon 1547
Bu il Azərbaycan vətəndaşları Moskvada 193 mənzil alıblar

Bu ilin yanvar-may aylarında Azərbaycan vətəndaşları Rusiyanın paytaxtı Moskvada 193 mənzil alıblar.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu, ilin əvvəlindən xarici vətəndaşlara satılmış mənzillərin 2,8%-i deməkdir.

Ümumilikdə isə azərbaycanlılar Moskvadan ev alanlar arasında 10-cu pillədə qərarlaşıblar.

Hesabat dövründə Rusiya paytaxtında əcnəbilərə ümumilikdə 6 903 əmlak satılıb ki, bu da illik müqayisədə 8% azdır. Əsas alıcılar Kipr (1 132 mənzil), Belarus (711 mənzil), Ukrayna (670 mənzil), Qazaxıstan (490 mənzil), Çin (428 mənzil), Litva (366 mənzil), Vircin adaları (242 mənzil), Almaniya (221 mənzil) və Ermənistan (200 mənzil) vətəndaşları olub.