Şuşada keçirilən Vaqif Poeziya Günləri başa çatıb
Şuşada Vaqif Poeziya Günləri çərçivəsində iyulun 15-də Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin önündə tədbir keçirilib.
YeniAvropa xəbər verir ki, əvvəlcə tanınmış şairlərin Qarabağ mövzusunda şeirləri səsləndirilib.
Sonra gənc şairlərin “Yeni nəfəs” layihəsi üzrə çıxışları olub.
Beləliklə, Qarabağ torpağında yenidən şeir, qəzəl sədaları yayılıb, muğam səslənib. Qədim Azərbaycan torpağı Şuşa növbəti dəfə unudulmaz mədəniyyət tədbirinə ev sahibliyi edib.
Bununla da Vaqif Poeziya Günləri başa çatıb.
Xatırladaq ki, Şuşada ikinci dəfə keçirilən Vaqif Poeziya Günlərini çərçivəsində iyulun 14-də “Qarabağ” mehmanxanasının qarşısında kitab sərgisi, dahi şairin məqbərəsi önündə tədbirin açılış mərasimi və Cıdır düzündə konsert-tamaşa təşkil olunub.
Qeyd edək ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı olub. Məhz bu səfər çərçivəsində ümummilli lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib. Müasir Azərbaycan ədəbiyyatı tarixində öz bənzərsizliyi ilə seçilən Vaqif Poeziya Günləri həmin tarixdən etibarən 1991-ci ilədək hər il şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşardı.
Azərbaycan pezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun zəfəri nəticəsində Şuşa şəhəri erməni işğalından azad edildikdən sonra Vaqif Poeziya Günləri yenidən öz yurdunda - mədəniyyət paytaxtımızda keçirilməkdədir
Azərbaycan nefti 101,16 dollara satılır
Azərbaycanın Yeni Nəsil İqtisadiyyatı Strategiyası hazırlanır
Qənirə Paşayevanın son durumu açıqlanıb
Xocavənddə terror aktını törədənlər saxlanılıb
Azərbaycanın güləş millisi komanda hesabında dünya çempionu olub
DTX Qarabağ bölgəsinin erməni əhalisinə müraciət edib
Rəşad Həsənov Beynəlxalq Valyuta Fondunda yüksək vəzifəyə təyin olunub
Bakıda avtobusla "OPEL" toqquşub, iki nəfər ölüb
Mərkəzi Bank dövriyəyə yenilənmiş 5 qəpiklik buraxıb
Füzulidə ər arvadını öldürüb
Azərbaycan para-atleti dünya çempionatında qızıl medal qazanıb
Xankəndi şəhərində Azərbaycan işığı yanır
Qarabağda silah-sursatın müsadirəsi davam edir
Qənirə Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub-TƏBİB
Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter aşkar edilib
Deputat Qənirə Paşayeva xəstəxanaya yerləşdirilib
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hospitalı ziyarət edib
Xocavəndin Yuxarı Veysəlli kəndi istiqamətində silah-sursat müsadirə edilib
Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Qarabağ bölgəsindən çıxışı təmin ediləcək-DİN
Sabah Bakıda yağış yağacaq,26° isti olacaq
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
Parataekvondoçumuz dünya çempionu olub
Kəlbəcərdə qanunsuz fəaliyyət göstərən şirkətin ərazisində silah-sursat aşkar edilib
Tbilisidə 4,7 ballıq zəlzələ olub
Ərdəbildə İƏT ölkələri turizm nəzirlərinin görüşü keçiriləcək