logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

09:59 15-07-2022 | icon 1365
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 78 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə, ümumilikdə 48 nəfər , o cümlədən borclu şəxs qismində axtarılan 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı dörd fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.