logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 855 min nəfəri ötüb

18:58 14-07-2022 | icon 3031
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 855 min nəfəri ötüb

İyulun 14-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 2117 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 513, ikinci doza vaksinlərin sayı 206, üç və daha çox doza vaksinlərin sayı 1213, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 185-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 785 min 739, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 360 min 446, ikinci mərhələ üzrə 4 milyon 855 min 736, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 318 min 716, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 250 min 841-dir.