logo

Sinoptiklərdən xəbərdarlıq: Temperatur 43°-yə yüksələcək

15:30 14-07-2022 | icon 2177
Sinoptiklərdən xəbərdarlıq: Temperatur 43°-yə yüksələcək

İyul ayının ikinci ongünlüyünün sonunadək bəzi rayonlarda isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 37-40°, bəzi yerlərdə 42-43°, dağlarda 30-33°-dək yüksələcəyi proqnozlaşdırılır.

YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, qərb küləyi əsəcək, sürəti arabir 15-18 metr/saniyə, iyulun 14-ü axşamdan 16-sı səhərədək və 17-si axşamdan 20-dək ayrı-ayrı yerlərdə arabir 20-25 metr/saniyə olacaq.