logo

Sabah Bakıda 36°, bəzi bölgələrdə isə 40° isti olacaq

13:13 14-07-2022 | icon 1575
Sabah Bakıda 36°, bəzi bölgələrdə isə 40° isti olacaq

Azərbaycanda iyulun 15-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 23-27° isti, gündüz 32-37° isti, Bakıda gecə 25-27° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava yağmursuz olacaq. Lakin gecə və səhər Böyük Qafqaz zonasının şərq rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 10-15° isti, gündüz 26-31° isti olacaq.