logo

Avropa İttifaqı Azərbaycanla əlavə qaz tədarükü saziş hazırlayır

12:32 14-07-2022 | icon 2429
Avropa İttifaqı Azərbaycanla əlavə qaz tədarükü saziş hazırlayır

Avropa İttifaqı(Aİ) Rusiyadan asıllığı azaltmaq üçün Azərbaycanla qeyd-şərtsiz qaz idxalı sazişi imzalamağa hazırlaşır.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, hazırda saziş layihəsi üzərində iş gedir.

Layihə Aİ və Azərbaycan arasında strateji tərəfdaşlıq çərçivəsində Xəzər təbii qazının Avropa İttifaqına və o cümlədən, Qərbi Balkan ölkələrinə tədarükünün diversifikasiyanı nəzərdə tutur.

Sənədə əsasən, tərəflər ikitərəfli təbii qaz ticarətini, o cümlədən Cənub Qaz Dəhlizi ilə Avropa İttifaqına ixrac vasitəsilə 2027-ci ilə qədər kommersiya məqsədəuyğunluğu və bazara tələblərinə uyğun olaraq hər il ən azı 20 milyard kubmetr qaz həcmində dəstəkləməyi hədəfləyirlər. Bu, Cənub Qaz Dəhlizinin boru kəmərləri şəbəkəsinin genişləndirilməsinə əhəmiyyətli sərmayənin yatırılmasını nəzərdə tutur. Ancaq saziş layihəsində investisiya məbləğinin həcmi açıqlanmır.

Cənub Qaz Dəhlizi Xəzər dənizindən Türkiyə ərazisindən Cənub-Şərqi Avropaya uzanan boru kəmərləri şəbəkəsidir.

Cənub Qaz Dəhlizi boru kəmərləri şəbəkəsinin sonuncu hissəsi olan Trans-Adriatik Qaz Kəməri (TAP) ötən il İtaliya kimi Avropa ölkələrinə 8 milyard kubmetrdən çox Azərbaycan qazı çatdırıb.

Layihədə deyilir ki, hər iki tərəf Avropaya tədarükləri artırmaq üçün bu şəbəkəni genişləndirmək məqsədi ilə maliyyələşdirməni təşviq edəcək. Həmçinin əlavə olunur ki, bu cür investisiyalar gələcəkdə emissiyaların istiləşməsinin qarşısını almaq üçün aşağı karbonlu qazları nəql edə bilməlidir.

Tədarükün artması həm də Azərbaycandan öz qaz hasilatını genişləndirməyi tələb edəcək.

Memorandum həmçinin Aİ ilə Azərbaycan arasında, o cümlədən Qara dəniz və Naxçıvan Muxtar Respublikası vasitəsilə qarşılıqlı elektrik əlaqəsinin inkişafını nəzərdə tutur.

Sənəddə mövcud infrastrukturu gələcəyə davamlı və hidrogenə hazır vəziyyətə gətirmək, həmçinin metan emissiyalarını və ətraf mühitin çirklənməsini azaltmaq ehtiyacından bəhs edilir.

"Tərəflər, həmçinin, əks təqdirdə havaya atılmış təbii qazın yığılması, yandırılması və ya atmosferə sızması üçün sxemlərin yaradılmasını dəstəkləyir”, - layihədə bildirilir.

Layihədə qeyd edilir ki, Aİ-nin bütün iqlim ambisiyalarına baxmayaraq, təbii qaz Avropa İttifaqında istifadə olunmağa davam edəcək: "Məqsəd qiymət mexanizmləri vasitəsilə təbii qazın toplanmasının stimullaşdırılması olmalıdır. Azərbaycanla bağlanan müqavilə hüquqi qüvvəyə malik deyil. Lakin Aİ-nin investisiyaları və ikitərəfli münasibətlərin inkişafı üçün gündəliyi müəyyən edir. Bunun ardınca mütəmadi olaraq texniki səviyyədə və nazirlər səviyyəsində görüşlər keçiriləcək",-  memorandumda deyilir.

Bu, iyun ayında Aİ-nin Misir və İsraillə oxşar razılaşmasından irəli gəlir.

Anlaşma Memorandumunun layihəsində Rusiyanın Ukraynaya müdaxiləsi və ya Aİ-nin sanksiyalarına cavab olaraq qaz tədarükünü dayandırması barədə heç bir söz yoxdur.

Lakin o, regional gərginliyə eyham vurur və “ərazi bütövlüyünə, beynəlxalq sərhədlərin toxunulmazlığına, müstəqilliyinə, bir-birinin suverenliyinə, o cümlədən Aİ-yə üzv olan bütün dövlətlərə hörmət və dəstək” ifadə edir.

Lakin sənəd regional gərginliyə eyham vurur və “ərazi bütövlüyünə, beynəlxalq sərhədlərin toxunulmazlığına, müstəqilliyinə, bir-birinin suverenliyinə, o cümlədən Aİ-yə üzv olan bütün dövlətlərə hörmət və dəstəyi ifadə edir.

Aİ-nin sabit, etibarlı və proqnozlaşdırıla bilən qaz təchizatına ehtiyacı barədə dəfələrlə danışılır.

Müqavilə layihəsində deyilir ki, Aİ və Azərbaycan həmçinin bərpa olunan enerjini təşviq etmək və hidrogenlə gələcək ticarəti müzakirə etmək üçün elektrik enerjisi əlaqələrinin inkişafını araşdıracaqlar.