logo

Müəllimlərin işə qəbulu üzrə test imtahanı keçirilir

09:09 14-07-2022 | icon 4179
Müəllimlərin işə qəbulu üzrə test imtahanı keçirilir

İyulun 14-dən 2022-2023-cü tədris ili üçün ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə başlanılır. Ümumilikdə 54 min 745 namizədin iştirakı planlaşdırılan müsabiqə 7 gün ərzində ölkənin 10 müxtəlif şəhəri olmaqla, 15 imtahan mərkəzində təşkil olunacaq.

YeniAvropa xəbər verir ki, bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqədə riyaziyyat, fiziki tərbiyə, alman və fransız dilləri üzrə imtahan keçirilir.

Müsabiqənin test imtahanı mərhələsində hər bir namizədə onun ixtisası üzrə ümumtəhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilir. Ötən illərdən fərqli olaraq bu il test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt ayrılması nəzərdə tutulub. Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanacaq. Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. Həmçinin yeni qaydalara əsasən, səhv cavablandırılan test tapşırıqları imtahan nəticəsinə təsir göstərəcək. İxtisas üzrə 1 səhv cavablandırılmış sual - 0,5 bal, tədris metodikası üzrə isə - 0,25 bal şəklində hesablanacaq.

Namizəd şəxsi səhifəsində qeyd olunan tarix və məkanda imtahanda iştirak etməlidir. Qeydiyyat prosesinə gecikən namizədlər imtahan binasına buraxılmayacaq. Təlimatla bağlı ətraflı məlumat üçün namizədlərə şəxsi səhifələrinə nəzər yetirmələri tövsiyə olunur.