logo

Türkiyə-Ermənistan sərhədi minalardan təmizlənir

15:15 13-07-2022 | icon 2464
Türkiyə-Ermənistan sərhədi minalardan təmizlənir

Türkiyə-Ermənistan sərhədinin minalardan təmizlənməsinə başlanılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Qarsda nəşr edilən  “gazeteKars” məlumat yayıb.

Bildirilib ki, Türkiyə-Ermənistan sərhədinin minalardan təmizlənməsini İsrail şirkət həyata keçirir. Qeyd edilib ki, Qars əyalətinin Hakyaka rayonunun İbiş kəndində 20 gündür minalardan təmizləmə işləri görülür.

Məlumata görə, gündəlikdə duran əsas məsələ “Doğukapı” sərhəd-keçid məntəqəsinin, “Alican” avtomobil və dəmir yolunun açılmasıdır.

Rəsmi qurumlara məsələni şərh etməyib.