logo

Tovuzda qısqanc ər arvadının boğazını kəsib öldürdü

14:12 13-07-2022 | icon 8918
Tovuzda qısqanc ər arvadının boğazını kəsib öldürdü

Tovuz rayonunda qadın əri tərəfindən qətlə yetirilib.

YeniAvropa xəbər verir ki, hadisə rayonun Hacıalılı kəndində qeydə alınıb.

Belə ki, Əlibəyli kənd sakini, 1992-ci il təvəllüdlü Əhmədov Nicat həyat yoldaşı, 1998-ci il təvəllüdlü Əhmədova Nuranə Qafar qızının boğazını kəsərək qətlə yetirib. 

Məlumata görə Nuranə Əhmədova Nicat Əhmədovun bibisi qızı olub. Ailədə əvvəllər də mübahisə düşdüyü bildirilir. Hadisənin qısqanclıq zəminində törədildiyi ehtimal edilir.

N.Əhmədova evdar qadın olub, əri isə gündəlik muzdlu işlərdə çalışıb. Cütlüyün üç övladı var.

Artıq hadisəni törətməkdə şübhəli bilinən N.Əhmədov saxlanılıb.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.