logo

Metroda gediş haqqı artırılır?

13:31 13-07-2022 | icon 1974
Metroda gediş haqqı artırılır?

“Bakı Metropoliteni” QSC gediş haqqına yenidən baxılması barədə aidiyyəti qurumlara, o cümlədən Tarif(Qiymət) Şurasına müraciət ünvanlamayıb.

YeniAvropa xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.

"Metropoliten gediş haqqını tənzimləmir və belə bir səlahiyyəti yoxdur. Bu məsələ Tarif Şurasının səlahiyyətinə daxildir. Səhmdar cəmiyyəti yalnız aidiyyəti dövlət strukturları qarşısında dövrü hesabatlar, o cümlədən maliyyə hesabatını təqdim edir", - deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, sosial şəbəkələrdə yaxın günlərdə metroda gediş haqqının 50 qıpiyə qaldırılacağı haqda xəbərlər yayılıb.