logo

Baş Prokurorluq Sabirabadda qazinin özünü yandırması ilə bağlı araşdırma aparır

11:33 13-07-2022 | icon 1456
Baş Prokurorluq Sabirabadda qazinin özünü yandırması ilə bağlı araşdırma aparır

Azərbaycan Respublikasının Baş Prokurorluğu Sabirabad rayon sakini Elvin Cəfərovun özünü yandıraraq intihar etməsi faktı ilə bağlı KİV-dən daxil olan sorğuya münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, rayonun Qalağayın kənd sakini 1987-ci il təvəllüdlü Elvin Cəfərovun özünü yandıraraq intihar etməsi faktı ilə əlaqədar hazırda Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Elvin Cəfərov II Qarabağ müharibəsi iştirakçısıdır. Qarabağın erməni işğalçılarından azad edilməsində fərqləndiyinə görə 8 medalla təltif olunmuşdu.