ADA-nın “Yay düşərgəsi” növbəti dəfə "Azercell"də!
ADA Universitetinin ölkənin müxtəlif orta məktəblərinin şagirdləri üçün təşkil etdiyi “Yay düşərgəsi” proqramı “İnformasiya Texnologiyaları həftəsi” çərçivəsində “Azercell Telekom” MMC-yə növbəti səfərini gerçəkləşdirdi. Universitetin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının təşkil etdiyi yay məktəbinin iştirakçıları "Azercell"in Data Mərkəzini ziyarət edərək şəbəkə texnologiyalarının əsasları, mobil şəbəkənin qurulması, istismarı və nəzarəti barədə məlumatlarla tanış olub, eləcə də, LTE şəbəkəsinin göstəricilərinin ölkə xəritəsi boyu əhatəsini canlı olaraq seyr ediblər. Daha sonra Big Data və Təhlillər departamentinin təqdimatında İKT sahəsində verilənlərin toplanması, saxlanması və emalı, Big Data üzrə qlobal trendlər və Azercell-in bazarda yaxın zamanda təqdim edəcəyi yeni rəqəmsal məhsullar haqqında ətraflı məlumat alaraq şirkət ekspertlərinə öz suallarını ünvanlayıblar.
Ölkədə müştəri xidmətləri sahəsində ən nümunəvi sayıla biləcək bir şirkətlə tanışlığın davamı olaraq məktəblilər Fəvvarələr Meydanında yerləşən Bakıda ilk "Azercell" Xidmət və Satış Mərkəzinə yollanıblar. Yay düşərgəsi iştirakçıları ön masa arxasında Azercell əməkdaşlarının abunəçilərlə ünsiyyətini canlı olaraq izləyib, şirkətin satış və xidmət ekspertləri tərəfindən "Azercell"də müştəriyə xidmət mədəniyyəti, müştəri məmnuniyyətinin əsasları, eləcə də, əməkdaşların abunəçilərin suallarını cavablandırması prosesi ilə bilavasitə tanış olublar.
"Azercell" şirkəti uzun illərdir ADA Universiteti ilə müxtəlif sahələrdə əməkdaşlıq edir. Şirkət ADA-nın təşkil etdiyi startap yarışmalarının tərəfdaşı qismində çıxış edərək karyera sərgilərində iştirak edib, universitetdə təhsil alan bir qrup xüsusi istedadlı tələbələrə təqaüd ayırmaqla onların fərdi və peşəkar inkişafına dəstək olub.
Payızda Azərbaycan ilə Ermənistanın baza prinsipləri üzrə razılığa gəlməsi ehtimalı var
QDİƏT-in turizm üzrə toplantısında “Bakı Bəyannaməsi” qəbul edilib
Astara sakinindən 51 kq narkotika götürülüb
COP29-a görə Vergi Məcəlləsinə dəyişiklik ediləcək
İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda iştirak edir
"EURO-2024"ü idarə edəcək hakimlər arasında Türkiyə təmsilçisi də var
Sabah Bakıda 29° isti olacaq
Azərbaycanda spirtli içkilərin illik istehsali 20 min dekalitr olacaq
Yevlaxda uşaq bağçasındakı qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Azərbaycan Albaniya ilə viza rejimini aradan qaldırır
Azərbaycanla Türkiyə gəlirlərə görə ikiqat vergitutma aradan qaldırır
Azərbaycan-Ermənistan dövlət sərhəddinin dəqiqləşdirilməsinə başlanıldı
Milli Məclisdə 18 məsələ müzakirəyə çıxarılıb
3 ayda Azərbaycanda 1,8 ton narkotika dövriyyədən çıxarılıb
Goranboyda zəlzələ olub
Culfada “Chevrolet” “Tofaş”la toqquşub: 2 ölü, 2 yaralı var
Xankəndidə silah-sursat aşkarlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan nefti 88,30 dollara satılır
Daha 39 ailə Füzuliyə köçürülüb
Faktiki hava:Bölgələırdə şimşək çaxıb,yağış və sulu qar yağıb
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb