logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 359 min nəfəri ötüb

18:34 12-07-2022 | icon 3045
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 359 min nəfəri ötüb

İyulun 12-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 29 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 8, ikinci doza vaksinlərin sayı 5, üç və daha çox doza vaksinlərin sayı 14, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 2-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 781 min 799, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 359 min 474, ikinci mərhələ üzrə 4 milyon 855 min 352, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 316 min 512, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 250 min 461-dir.