logo

Sabah 4 rayonda qaz olmayacaq

11:55 12-07-2022 | icon 1575
Sabah 4 rayonda qaz olmayacaq

“Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 4 zolağa genişləndirilməsi” layihəsi ilə bağlı “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” I xətt magistral qaz kəmərinə yeni çəkilmiş qaz xətlərinin birləşdirilməsi ilə bağlı təmir işləri görüləcək.

“Azəriqaz” İB-dən YeniAvropa-ya bildirilib ki, iyulun 13-ü saat 09:00-dan etibarən üç gün müddətində təmir işləri başa çatanadək Gədəbəy rayonunun tam olaraq, Şəmkir və Tovuz rayonlarının isə bir hissəsinin qaz təchizatında fasilə yaranacaq. İyulun 14-ü saat 09:00-dan iki gün müddətində Tovuz rayonunun tam olaraq, həmçinin iyulun 15-dən iki gün müddətində Tovuz rayonunun bir hissəsinin, iyulun 14-ü saat 09:00-dan etibarən üç gün müddətində təmir işləri başa çatanadək Ağstafa rayonunun tam olaraq qaz təchizatında fasilə yaranacaq.