logo

Azərbaycanda daha 32 nəfər koronavirusa yoluxdu

15:55 11-07-2022 | icon 3129
Azərbaycanda daha 32 nəfər koronavirusa yoluxdu

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 32 yoluxma faktı qeydə alınıb, 18 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 793 min 764 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 662 nəfər müalicə olunaraq sağalıb, 9719 nəfər vəfat edib. Aktiv xəstə sayı 383 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1591, bu günə qədər isə ümumilikdə 6 milyon 987 min 669 test icra olunub.