logo

Xaçmazda elektrovoz piyadanı vurub öldürdü

11:33 09-07-2022 | icon 8960
Xaçmazda elektrovoz piyadanı vurub öldürdü

İyulun 9-da saat 01 radələrində Xaçmaz rayonunun Qusarçay kəndi ərazisindən keçən dəmir yolu xəttində Bakı şəhər sakini C.Məmmədov idarə etdiyi elektrovozla kənd sakini Rəşad Vəlibəyovu vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, nəticədə R.Vəlibəyov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.