logo

Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub

10:10 09-07-2022 | icon 4130
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub

İyulun 8-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.

YeniAvropa xəbər verir ki, Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.