logo

Azərbaycanda daha 59 nəfər koronavirusa yoluxdu

17:57 08-07-2022 | icon 3619
Azərbaycanda daha 59 nəfər koronavirusa yoluxdu

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 59 yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 793 min 605 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 576 nəfər müalicə olunaraq sağalıb, 9 min 719 nəfər vəfat edib. Aktiv xəstə sayı 310 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1870, bu günə qədər isə ümumilikdə 6 milyon 981 min 903 test icra olunub.