logo

Sui-qəsdə məruz qalan sabiq baş nazır vəfat edib

13:13 08-07-2022 | icon 2401
Sui-qəsdə məruz qalan sabiq baş nazır vəfat edib

Yaponiyanın sabiq baş naziri Şinzo Abe ona edilən sui-qəsddən sonra vəfat edib.

YeniAvropa xəbər verir ki, bu barədə Yaponiya İctimai Televiziyası məlumat yayıb. Yaponiya Liberal Demokrat Partiyasının nümayəndəsinin məlumatına görə, Şinzo Abe yerləşdirildiyi Nara prefekturasının xəstəxanasında vəfat edib.

Xatırladaq ki, iyulun 8-də Nara şəhərində küçə mitinqi zamanı sabiq baş nazir Şinzo Abeyə odlu silahdan hücum edilib. Baş nazir huşsuz vəziyyətdə xəstəxanaya çatdırılmışdı.

Sabiq baş nazirə atəş açan şəxs hadisə yerində saxlanılıb.