logo

Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub

17:57 07-07-2022 | icon 1911
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub

İyulun 7-si axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

 YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.