logo

Azərbaycan türk dövlətləri arasında lokomotiv rolunu oynayır-Türkiyə səfiri

15:35 07-07-2022 | icon 4291
Azərbaycan türk dövlətləri arasında lokomotiv rolunu oynayır-Türkiyə səfiri

Türk Dövlətləri Təşkilatına(TDT) üzv ölkələrin bir yerdə fəaliyyət göstərməsi hazırkı dönəmdə mühüm əhəmiyyət kəsb edir. Son dövrlərdə türk dövlətlərini birləşdirən qurum və təşkilatların tez-tez bir araya gəlməsi çox müsbət haldır.

YeniAvropa xəbər verir ki, bunu “Diplomatiya həftəsi” çərçivəsində iyulun 7-də keçirilən “Müharibədən sonrakı dövrdə Azərbaycanın sülh və yaradıcılıq təşəbbüsləri” mövzusunda tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı söyləyib.

Azərbaycanın türk dövlətləri arasında lokomotiv rolunu oynadığını vurğulayan səfir deyib: “Türkiyə 1983-cü ildən bu yana embarqoya sinə gərərək şərəfli bir yol keçib. Məhsulları ilə özünü təmin edən güclü bir ölkəyə çevrilib. Azərbaycan da otuz illik işğala məruz qalaraq çox əziyyətlər çəkib”.

Ermənistan silahlı qüvvələri tərəfindən Qarabağın işğalının 44 günlük Vətən müharibəsi nəticəsində Qələbə başa çatdığını qeyd edən Cahit Bağçı Azərbaycanın bu Zəfərinin digər ölkələrə örnək olduğunu vurğulayıb.