logo

SOCAR ötən ili 2,12 milyard manat xalis mənfəətlə başa vurub

13:53 07-07-2022 | icon 2443
SOCAR ötən ili 2,12 milyard manat xalis mənfəətlə başa vurub

2021-ci ildə SOCAR-ın cari aktivləri 31,1 faiz artaraq 23,9 milyard manata çatıb, cari öhdəlikləri isə 1,6 faiz azalaraq 20,3 milyard manatadək azalıb. Şirkətin ümumi aktivləri 8,1 faizlik artımla 69,4 milyard manata yüksəlib.

YeniAvropa xəbər verir ki, bu barədə SOCAR-dan bildirilib.

Məlumatda qeyd edilib ki, SOCAR gəlir marjasını 10,2 faizdən 11,4 faizə, əməliyyat mənfəətini isə 10,3 dəfə artıraraq 4,93 milyard manata çatdırıb və 2021-ci ili 2,12 milyard manat xalis mənfəətlə başa vurub.

Qeyd edək ki, bu, şirkətin konsolidasiya olunmuş maliyyə hesabatlarının hazırlanmağa başladığı 2008-ci ildən etibarən ən yüksək göstəricidir.