logo

Pərviz Şahbazov Yunanıstan-Bolqarıstan qaz kəmərinin açılışında iştirak edəcək

13:13 07-07-2022 | icon 2912
Pərviz Şahbazov Yunanıstan-Bolqarıstan qaz kəmərinin açılışında iştirak edəcək

Energetika naziri Yunanıstan-Bolqarıstan İnterkonnektorunun(IGB) açılışında iştirak edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Energetika Nazirliyindən bildirilib.Qeyd edilib ki, bu gün energetika naziri Pərviz Şahbazov Yunanıstana səfərə yola düşüb. Nazir iyulun 8-də Komotini şəhərində IGB-nin açılış mərasimində iştirak edəcək.

Xatırladaq ki, IGB Azərbaycanın “Şahdəniz-2” yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdıracaq.

file.0-1.1-6