logo

Gürcüstan hökuməti turizm sektoru üçün vergi güzəştləri tətbiq edib

12:12 07-07-2022 | icon 2121
Gürcüstan hökuməti turizm sektoru üçün vergi güzəştləri tətbiq edib

Gürcüstan hökuməti turizm sektorunun inkişafı məqsədilə bu sahədəki kiçik və orta biznes subyektlərinə yardım paketi hazırlayıb. Layihəyə əsasən, Gürcüstanda turizm sektorunda fəaliyyət göstərən kiçik və orta biznes subyektləri 2021-ci il üzrə əmlak vergisindən azad edilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən məlumat verilib.

Bildirilir ki, hökumətin güzəşt paketindən 1 200-dən çox vergi ödəyicisi yararlanacaq. Silinən vergi borclarının məbləği təxminən 40 milyon lari (təqribən 13 milyon ABŞ dolları) təşkil edir.

Qeyd olunur ki, hökumətin bu qərarı COVID-19 pandemiyasının səbəb olduğu iqtisadi itkilər şəraitində kiçik və orta biznes subyektlərinə stimullaşdırıcı təsir göstərəcək.