logo

Gürcüstan Azərbaycan və Ermənistan deputatlarına Tbilisidə görüş təklif edir

18:48 06-07-2022 | icon 1554
Gürcüstan Azərbaycan və Ermənistan deputatlarına Tbilisidə görüş təklif edir

“Gürcüstan sülh naminə dialoqu təşviq etmək məqsədilə Azərbaycan və Ermənistan parlamentləri üzvlərinin Tbilisidə görüşünü təşkil etməyə hazırdır”.

YeniAvropa xəbər verir ki, bunu Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze Böyük Britaniyanın Birminqem şəhərində keçirilən ATƏT Parlament Assambleyasının(PA) sessiyasının iclasında çıxışı zamanı deyib.

Cənubi Qafqazda sabitlik və əmin-amanlığın əhəmiyyətindən danışan komitə sədri bölgədə sülhün təmin olunmasında Gürcüstanın sabitləşdirici rol oynamağa hazırlığını ifadə edib.

“Sülh dialoqunun təşviqi məqsədilə azərbaycanlı və erməni həmkarlamızı Tbilisidə qəbul etməyə hazırıq”, - deyə o, bildirib.

Qeyd edək ki, N.Samxaradze Gürcüstanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəridir. O, ATƏT PA-nın sessiyası çərçivəsində qurumun Demokratiya, İnsan haqları və Humanitar məsələlər üzrə Komitəsinin sədri seçilib.