logo

Azərbaycanı Budapeşt "Böyük dəbilqə"sində 11 cüdoçu ilə təmsil olunacaq

18:18 06-07-2022 | icon 1743
Azərbaycanı Budapeşt "Böyük dəbilqə"sində 11 cüdoçu ilə təmsil olunacaq

Azərbaycanın kişi cüdoçulardan ibarət milli komandasının Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Böyük Dəbilqə turniri üçün heyəti açıqlanıb.

YeniAvropa xəbər verir ki, Cüdo Federasiyadan verilən məlumata görə, performans direktoru Mark van der Ham, baş məşqçi Riçard Trautman, məşqçilər Zaur Babayev və Mehman Əzizovun rəhbərliyi altında ümumilikdə 11 idmançı yarışda qüvvəsini sınayacaq.

Turnirdə Azərbaycanı Əhməd Yusifov, Rövşən Əliyev (hər ikisi 60 kq), Yaşar Nəcəfov, İbrahim Əliyev (hər ikisi 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Səid Mollayi, Zelim Tçkayev (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və Uşanqi Kokauri (+100 kq) təmsil edəcək.

Qeyd edək ki, Budapeşt "Böyük dəbilqə"si  8 - 10 iyul tarixində keçiriləcək.